AzərTərcümə

Tərcümə və Notarius Təsdiqi

Tərcümə və Notarius Təsdiqi

Sənədi təqdim edəcəyiniz qurum sənədi sizdən tərcümə və tərcümənin notarius təsdiqi ilə tələb edibsə, biz sizə bu işdə dəstək ola bilərik. Sənədin əslini (e-sistemdə varsa əslini gətirməyə ehtiyac yoxdur) mərkəzimizə gətirirsiniz, biz sənədin tərcüməsini həyata keçirib, notariusda təsdiq etdikdən sonra sizə təhvil veririk. Bu proses adətən bir neçə saat ərzində baş tutur.
Tərcümənin notarius təsdiqi və 1 nomreli notarius tercume üçün sənədin əsli və yaxud e-sistemdə mövcud olması mütləqdir.

Müasir dövrdə beynəlxalq şirkətlərlə, qurumlarla əlaqə zamanı rəsmi sənədlərin tanınması mühim əhəmiyyət kəsb edir. Bunun üçün əvvəlcə rəsmi sənədlər notarius tərəfindən təsdiq olunmalıdır. Notarius təsdiqi sənədin hüquqi qüvvə daşımasında mühüm rol oynayır. Notarius xidmətinin nə olduğu, prosesin necə baş verdiyi, ümumlilikdə bu prosesin önəmi haqqında danışacağıq.
Hüquqi sənədlər 3 formada təsdiq olunur:

1. Adi notarial təsdiq
2. Leqallaşdırma
3. Apostil

Sənədlərin tərcüməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi və notarius vasitəsilə təşkil edilir.

Notarius təsdiqi nədir

Notarius təsdiqi tərcümə edilmiş mətnlərin təsdiqini həyata keçirən xidmətdir. Tərcümə edilmiş sənədlər notarius tərəfindən, düzgünlüyü yoxlanılır, doğru şəkildə tərcümə olunduğu təsdiq olunur. Beləliklə, sənədin digər qurumlar tərəfindən rəsmi şəkildə qəbul edilməsi təmin olunur.

Notarius təsdiqi hansı hallarda istifadə olunur

Viza müraciətləri, xaricdə təhsil, işə müraciətlər və bu kimi hallar üçün rəsmi sənədlərin, diplomların tərcüməsinin notarius tərəfindən təsdiq edilməsi tələb olunur. Həmçinin, digər sənədlərin doğruluğuna zəmanət verilməsi üçün notarius təsdiqi lazımdır. Notarius sənədin etibarlı olduğunu təsdiq edir.

Notarius təsdiqi prosesi necə baş tutur

1. Əvvəlcə sənəd müvafiq dilə tərcümə olunur. Bunun üçün peşəkar tərcümə xidmətlərinə baş vurulur. Sənəd mənası qorunmaqla, doğru şəkildə tərcümə edilir.
2. Tərcümə başa çatdıqdan sonra sənədin düzgünlüyü yoxlanılır.
3. Tam doğru tərcümə edilimiş sənəd təsdiq edilmək üçün rəsmi sənəd faylında və ya çap formada notariusa yollanılır.
4. Notarius sənədin doğruluğunu yoxladıqdan sonra, etibarlılığını təsdiq edir. Sənəd təsdiqə göndərilməmişdən əvvəl bir çox mühüm məqamlara diqqət edilməlidir.

Tərcümə edilən sənəd peşəkar şəkildə tərcümə olunmalıdır. Bunun üçün təcümə xidməti alarkən diqqətli olmaq lazımdır. Tərcümə mərkəzinin təcrübəli, peşəkar olduğundan əmin olunmalıdır.
Tərcüməni tam doğru şəkildə, əslinə uyğun edildiyinə diqqət edilməlidir.
Notarius təsdiqi müəyyən zaman və büdcə tələb edir. Sənədin təsdiqi üçün doğru zamanda müraciət edilməlidir. Əks halda proses uzanıb, işlərinizi gecikdirə bilər.

Notarius təsdiqinin qiyməti

Notarial təsdiq üçün ödəniş müvafiq olaraq dövlət tərəfində təyin edilmiş rüsuma əsasən edilir.

Notarius təsdiqi üçün xidmətlər

Bu prosesi daha qısa və rahat şəkildə həllini tərcümə mərkəzləri həyata keçirir. Belə ki, siz tərcümə etmək istədiyiniz sənədi tərcümə mərkəzinə təhvil verirsiniz. Tərcümə mərkəzləri doğru şəkildə sənədi tərcümə etdikdən sonra notarius təsdiqinə göndərir. Bu xidmət, prosesi daha rahat və sürətli edir. Beləliklə, siz vaxtınıza qənaət etmiş olursunuz.
Tərcümə mərkəzi və 1 nomreli notarius tercume tesdiqi bu prosesi maksimum şəkildə qısa vaxtda həyata keçirirlər.
Tərcümə edilmiş sənədinizin notarial qaydada təsdiqə ehtiyacı varsa, bu prosesi Azertercume mərkəzinə əmanət edə bilərsiniz.
Azertecume mərkəzi həm sənədin doğru tərcüməsini həyata keçirir, həm də notarius tərəfindən təsdiq etdirir.
Sürtəli və peşəkar tərcümə və notarius xidməti üçün Azertercume mərkəzinə müraciət edə bilərsiniz.

# notarius tərcümə təsdiq, notarius tercume qiymetleri