Şifahi - Ardıcıl Tərcümə
Ardıcıl tərcümə şifahi tərcümənin növlərindən biridir ki, bu zaman tərcüməçi
natiq danışmağı dayandırdıqdan, nitqinin bütün və ya bir hissəsini tamamladıqdan sonra verilmiş dilə tərcümə etməyə başlayır.
Ardıcıl tərcümə adətən işgüzar danışıqlarda, kiçik seminarlarda, az sayda iştirakçıların iştirak etdiyi dəyirmi masalarda, brifinqlərin müəyyən formalarında,
mətbuat konfranslarında, təqdimatlarda, qəbullarda və təntənəli tədbirlərdə, ekskursiyalarda və onları müşayiət edən nümayəndə heyətlərində istifadə olunur.
“AzərTərcümə”də müxtəlif ölçülü və mürəkkəb səviyyəli tədbirlərdə böyük təcrübəyə malik yüksək səviyyəli şifahi ardıcıl tərcümə peşəkar tərcüməçilər çalışır.Hər bir sifariş üçün biz mövzunu,
layihənin xüsusiyyətlərini və müddətini, yerini və tədbirin digər mühüm amillərini müəyyənləşdirir və nəzərə alırıq. Ardıcıl tərcümə sahəsində çalışan bütün
AzərTərcümə tərcüməçiləri tematik sahələrdə (iqtisadiyyat, hüquq, tibb və s.) ixtisaslaşıb və yüksək peşəkar keyfiyyətlərə malikdirlər.