Reklam tərcüməsi rəqəmsal dünyanın inkişafı marketinqdə yeni imkanlar yaradır. Artıq reklam sahəsi sərhədləri aşaraq qloballaşır.
Böyük şirkətlər və markalar reklamlarını müxtəlif dillərdə, müxtəlif ölkələrdə yayımlayır. Bu imkanları təmin edən başlıca olaraq tərcümə xidmətidir.
Tərcümə vasitəsilə istənilən reklam mətnini, çarxını, audiosunu müxtəlif dillərə tərcümə etmək mümkündür. Bu məqaləmizdə reklam tərcüməsinin necə edildiyi, hansı məqamlara diqqət etmək lazımdır və.s kimi məsələlərə aydınlıq gətirəcəyik.
Reklam tərcüməsi mövcud reklamı bir dildən digər dilə tərcümə etmə prosesidir. Bu prosesdə reklamın ümumi mətni, sözləri, ötürülən mesaj eyniylə digər dilə uyğunlaşdırılır. Burada diqqət etməli məqam tərcümə olunan dilin mədəniyyət fərqidir. Mədəni müxtəliflik nəzərə alınmalı reklam ona uyğun tərcümə edilməlidir.
Reklam tərcüməsi zamanı nələrə diqqət edilməlidir?
Reklam tərcüməsi sahə üzrə xüsusi bilik tələb edən prosesdir. Tərcümə edən şəxs marketinq sahəsindən məlumatlı olmalıdır.
Reklam tərcüməsi hədəf auditoriyanın təhlili, reklamın məğzinin aydınlaşdırılması, mədəni müxtəlifliyə reklamın uyğunlaşdırılması kimi nüansları əks etdirir. Sahə üzrə tərcürəbsi olan tərcüməçi reklamı doğru analiz edə bilər. Bu yolla nəticədə uğurlu reklam tərcüməsi alınacaq.
Hədəf audiotoriyasını araşdırmaq mühüm məqamdır. Bu araşdırma sayəsində auditoriyanın mədəni dəyərlərini, maraqlarını müəyyən etmək olur.
Həmçinin reklam materialının analizi də vacibdir. Tərcümə edən şəxs orijinal reklamın mənasını doğru təhlil edib, anlamalıdır. Beləliklə orijinal mesajı qoruyaraq tərcümə həyata keçirə bilər.
Tərcümə edərkən mədəni müxtəliyi gözardı etmək olmaz. Çünki, hər xalqın yumorları, jestləri, mimikaları müxtəlif olur. Tərcümə bu mədəni fərqləri nəzərə almalı və anlaşılmazlıqların qarşısını almaq üçün yerli normalara uyğun olmalıdır.
Tərcümə edilən reklam yayımlandıqdan sonra da nəticələrinə nəzarət edilir. Tərcümənin nə qədər effektiv olduğunu bu yolla müəyyənləşdirmək olur.
Reklam tərcüməsi qiymətləri təyin edərkən müxtəlif məqamlar nəzərə alınır.
Tərcümə ediləcək dil, reklamın dili, tərcümənin nə qədər vaxtda hazırlanması qiymətlərə təsir edən faktorlardır. Həmçinin, qiymət tərcümə şirkətlərinin qaydalarına uyğun da dəyişir.
Beynəlxalq bazarda yer tutmaq istəyən bütün şirkətlər keyfiyyətli tərcümə xidmətinə baş vurmalıdır. Reklam tərcüməsi brendlərə qlobal bazarda effektiv nəticə üçün zəmin yaradır. Fərqli mədəniyyətlərə müraciət edərkən, reklam mesajının orijinallığını qoruyaraq hədəf kütləyə çatmaq çox vacibdir. Doğru reklam tərcüməsi təkcə sözləri deyil, həm də reklam əsas məzmununu, mədəni dəyərləri dəqiq çatdırır. Bu, brendlərin qlobal səviyyədə tanınmasına və uğur qazanmasına kömək edir. Nəticədə reklam tərcüməsi beynəlxalq bazara çıxmaq üçün əsas vasitədir.
Reklamlarınızı tərcümə edərək beynəlxalq mühütdə səs salmaq istəyirsinizsə, Azər Tərcümə şirkətinə müraciət edə bilərsiniz. Azər Tərcümə şirkəti təcrübəli tərcüməçiləri ilə reklam tərcüməsi üzrə peşəkar tərcümələr həyata keçirir. Reklam tərcümələrinizi sahə üzrə mütəxəssis tərcüməçilərimizə əmanət edə bilərsiniz.
Reklam tərcüməsi Effektiv kommunikasiya Hüquqi dəqiqlik |
Reklam tercumesi Qlobal üstünlük Vaxta və büdcəyə qənaət |
Input your search keywords and press Enter.