AzərTərcümə

İxtisaslaşmış tərcüməçilər

İxtisaslaşmış tərcüməçilər

Specializə olunmuş tərcüməçilər kimdir
Tərcümə dillər arasında əlaqə yaratmaqdan əlavə olaraq, böyük işlərin, əməkdaşlıqların qurulmasında başlıca rol oynayır.
Bu cür əməkaşlıqlar müxtəlif sahələrdə ola bilir. Bu səbəbdən hər sahəyə məxsus tərcümə mütəxəssisləri mövcuddur.
Tərcümə işlərini tibbi, hüquqi, texniki, maliyyə, ədəbi və.s sənədlər, materiallar üzrə peşəkar olan şəxslər həyata keçirir.
Bu cür tərcüməçilər “specializə olunmuş tərcüməçilər” adlanır.

Tibbi sahə üzrə specializə olunmuş tərcüməçilər

Tibb sahəsi üzrə tərcümələr edən tərcüməçi sahəyə uyğun terminləri dərindən mənisəməlidir. Terminlərlə yanaşı müalicə növlərindən, tibbi avadanlıqlar, xəstəliklər və.s barədə də məlumatlı olmalıdır. Bu məlumatlar reseptlərin, mühim tibbi sənədlərin tərcüməsində böyük rol oynayır. Tibb sahəsi tərcümə zamanı daha çox diqqət, bilik tələb edən tərcümə sahələrindən biridir.

Hüquqi sahə üzrə specializə olunmuş tərcüməçilər

Hüquqi tərcümə xidmətində bütün hüquqi sənədlər, müqavilələr, məhkəmə sənədləri və. s kimi sənədlərin tərcümə edilir. Hüquqi tərcümə üzrə specializə olunmuş tərcüməçi qanunvercillik haqqında dərin biliyə sahib olmalı, hüquqi terminləri bilməlidir. Hüquq üzrə specializə olunmuş tərcüməçilər həm də beynəlxalq qanunvercillik barədə də məlumatlı olmalıdır.

Texniki sahə üzrə specializə olunmuş tərcüməçilər

Texniki sahə üzrə specializə olunmuş tərcüməçilər müxtəlif peşələrə məxsus sənədlərin, texniki məlumatların tərcüməsini həyata keçirir. Bura məhsulların tərkibi, müxtəlif cihazlar, avadanlıqlar haqqında məlumalar, kataloqlar, çertyojlar və.s kimi mövzular aiddir. Texniki sahə üzrə tərcüməçilər üstün terminologiya biliyinə sahib olmalıdır. Çünki, digər tərcümə mövzularından fərqli olaraq texniki tərcümə materialları xüsusi qrafiklər, terminlər əsasında qurulur.

Maliyyə sahə üzrə specializə olunmuş tərcüməçilər

Maliyyə sahəsi üzrə specializə olunmuş tərcüməçilər maliyyə sahəsinə aid olan bütün sənədlərin tərcüməsini həyata keçirirlər.

Ədəbiyyat sahə üzrə specializə olunmuş tərcüməçilər

Ədəbi sahə üzrə tərcüməçilər məqalələrin, ssenarilərin, şeirlərin, əsərlərin, qəzetlərin, jurnalların tərcüməsini həyata keçirir. Ədəbiyyat sahəsi üzrə specializə olunmuş tərəcüməçilər yüksək mədəni biliklərə sahib olmalıdır. Müxtəlif xalqalarn mədəniyyətinə bələd olmalıdırlar.

Specializə olunmuş tərcüməçilərin əhəmiyyəti

Specializə olunmuş tərcüməçilər müvafiq sahələr üzrə daha bilikli və təcrübəli olduğuna görə, tərcümə işləri daha keyfiyyətli və peşəkar ərsəyə gəlir.
Həmçinin məna səhvləri, termin səhvləri demək olar ki, sıfıra enir. Specializə olunmuş tərcüməçilər hər sahənin bilgilərinə sahib olmaqla yanaşı mədəniyyətinə də bələd olurlar.
Bu da beynəlxalq əlaqələrdə böyük üstünlük təşkil edir.

Ekspert tərcüməçilər müxtəlif sahələrdə dərin bilik və bacarıqlara malik mütəxəssislərdir.
Peşəkar tərcüməçilər tərcümə prosesinin keyfiyyətini artırır və beynəlxalq ünsiyyətdə etibarlılığı təmin edir. İstər tibbi, istər hüquqi, istər texniki, istər maliyyə, istərsə də bədii tərcümə olsun, dəqiq və effektiv ünsiyyət üçün mütəxəssis tərcüməçilər hər zaman əvəzolunmaz rol oynayırlar.
Tərcümə işlərinizi specializə olunmuş tərcüməçilərə həvalə etmək üçün Azər Tərcümə şirkətinə müraciət edə bilərsiniz.
Azər Tərcümə mərkəzi bütün sahələr üzrə üstün bilik və təcrübəyə sahib mütəxəssislər ilə işləyir. Siz işinizi bizə əmanət edərək, tərcümə işinizin peşəkar şəkildə həyata keçiriləcəyindən əmin ola bilərsiniz.

ingilis dili kursları

İxtisaslaşmış tərcüməçilərin istifadə sahələri

İxtisaslaşmış tərcüməçilər

Effektiv kommunikasiya

Hüquqi dəqiqlik

Specializə olunmuş tərcüməçilər

Qlobal üstünlük

Vaxta və büdcəyə qənaət